İsrail Qəzza zolağı ilə bağlı təqdim olunan 15 maddəlik planı qəbul etməsə də, Sülh Şurası ilə əlaqələrini davam etdirir.
Army.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Məlumata əsasən, İsrailin Baş naziri Benyamin Netanyahunun planın qəbuledilməz olduğunu bildirməsinə rəğmən, ölkənin nümayəndələri Qəzza zolağında Sülh Şurası ilə praktiki məsələlər üzrə əməkdaşlıq edirlər.
Tərəflərin müzakirə etdiyi əsas mövzulardan birinin isə İsrail ordusunun Qəzzaya həyata keçirdiyi zərbələrin intensivliyinin aşağı salınması olduğu qeyd olunur.
