İran atəşkəs başa çatdıqdan sonra döyüşlərin yenidən başlanacağı təqdirdə ABŞ və İsrail üçün “yeni sürprizlər” hazırladığını bildirib.
Army.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilir ki, razılaşdırılmış atəşkəsin son saatları yaxınlaşdıqca və ABŞ-ın irəli sürdüyü tələblər, eləcə də elan etdiyi dəniz blokadası danışıqların bərpasına mane olduqca, Tehran mümkün yeni müharibəyə tam hazır vəziyyətə gətirilib. Bildirilir ki, qarşıdakı mərhələdə hərbi əməliyyatlar yenidən başlasa, İranın planında yeni addımlar var.
Qaynaqlar həmçinin qeyd edir ki, son iki həftə ərzində İran müharibə ehtimalını yüksək qiymətləndirib, bu səbəbdən müəyyən hərbi dislokasiyalar həyata keçirib və yeni hədəflər siyahısı formalaşdırıb.
Vurğulanır ki, mümkün qarşıdurma başlayacağı halda, İran ilk anlardan vəziyyəti ABŞ və İsrail üçün son dərəcə ağır və gərgin hala gətirməyə hazırdır.
