Ev Hərbi Xəbərlərİran raketlərinin mənzilini genişləndirir: “Coğrafi məhdudiyyət yoxdur”

İran raketlərinin mənzilini genişləndirir: “Coğrafi məhdudiyyət yoxdur”

by Baş Redaktor
34 Baxış

“İranın ballistik raketlərinin uçuş məsafəsinin artırılması ilə bağlı heç bir coğrafi məhdudiyyəti yoxdur”.

Army.az
xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Əhməd Vahidi deyib.

O bildirib ki, ölkənin imkanları onun ehtiyacları, potensialı və tələbləri əsasında genişləndiriləcək:

“Yaxın Şərqdə baş verə biləcək yeni hərbi münaqişələr regionun hüdudlarından kənara yayıla bilər. İran silahlı qüvvələri hadisələrin bu cür inkişafına tam hazırdır və raket qüvvələrinin əməliyyat imkanlarının genişləndirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib”.

Vahidi, həmçinin Yaxın Şərq ölkələrini ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlığa yenidən baxmağa çağırıb. O vurğulayıb ki, dayanıqlı təhlükəsizliyi yalnız milli güc və regional əməkdaşlıq hesabına təmin etmək mümkündür. Bunun üçün xarici güclərdən asılılığa deyil, öz imkanlarına arxalanmaq lazımdır.

banner

Əlaqəli Yazılar Xüsusi