Rusiya ilə Estoniya arasında münasibətlər daha da gərginləşə bilər. Moskva xəbərdarlıq edib ki, Tallinin son addımları iki ölkə arasında hətta birbaşa hərbi toqquşmaya qədər uzana biləcək eskalasiyaya səbəb ola bilər.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rusiyanın Xarici İşlər Nazirliyinin narazılığına səbəb Estoniyanın dekabrın 1-dən etibarən Rusiya ilə sərhəddə fəaliyyət göstərən beş avtomobil keçid məntəqəsinin hamısını bağlamaq qərarıdır.
Moskva, həmçinin Estoniyanı Ukraynanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlara dəstək verməkdə, Baltik dənizində Rusiya gəmilərinin hərəkətinə mane olmaqda və rusdilli əhaliyə təzyiq göstərməkdə ittiham edib.
Rusiya XİN Tallinin addımlarını təxribatçı və təhlükəli adlandıraraq, onların ciddi nəticələrə yol aça biləcəyi barədə xəbərdarlıq edib.
