Ev Hərbi XəbərlərABŞ: İranın buraxdığı bütün raketlər məhv edildi

ABŞ: İranın buraxdığı bütün raketlər məhv edildi

by Baş Redaktor
22 Baxış

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Yaxın Şərqdə yerləşən Amerika qüvvələrinə qarşı ballistik raket hücumu həyata keçirməyə cəhd etdiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə CENTCOM-un “X” sosial şəbəkəsində paylaşdığı məlumatda bildirilib.

Açıqlamaya görə, hücum ABŞ-nin Şərq sahili vaxtı ilə saat 17:45 radələrində qeydə alınıb.

Komandanlıq vurğulayıb ki, İran tərəfindən buraxılan bütün ballistik raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən vaxtında aşkarlanaraq məhv edilib və ABŞ qüvvələrinə ziyan dəyməyib.

banner

CENTCOM əlavə edib ki, bölgədə yerləşən Amerika hərbi qüvvələri yüksək döyüş hazırlığı vəziyyətini qoruyur və istənilən təhlükəyə operativ reaksiya verməyə hazırdır.

Əlaqəli Yazılar Xüsusi