Ev DünyaMacarıstan Ukraynanın Aİ danışıqlarını yenidən blokladı – VETO

Macarıstan Ukraynanın Aİ danışıqlarını yenidən blokladı – VETO

by Baş Redaktor
8 Baxış

Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi çərçivəsində iki yeni danışıq istiqamətinin açılmasına mane olub.

Army.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, söhbət Ukraynanın Aİ-nin vahid bazarına inteqrasiyası, eləcə də iqtisadi və sosial siyasət sahələrini əhatə edən danışıqların başlanmasından gedir.

Nəşrin yazdığına görə, Avropa rəsmiləri Budapeştin mövqeyini dəyişməsi üçün Macarıstana siyasi təsirin artırılmasının zəruri ola biləcəyini düşünürlər.

banner

Adı açıqlanmayan Macarıstan rəsmisi isə bildirib ki, Ukraynaya Qərbi Balkan ölkələri ilə müqayisədə xüsusi güzəşt edilməməlidir.

Onun sözlərinə görə, Qərbi Balkan ölkələri uzun illərdir Aİ-yə üzvlük üçün tələb olunan islahatları həyata keçirməyə çalışır və Ukraynaya onlardan daha üstün münasibət göstərilməsi doğru olmaz.

Əlaqəli Yazılar Xüsusi