Ev DünyaVaşinqton Hörmüz boğazında yeni əməliyyata başladı

Vaşinqton Hörmüz boğazında yeni əməliyyata başladı

by Baş Redaktor
21 Baxış

ABŞ Hörmüz boğazında həyata keçirdiyi “Project Freedom” əməliyyatı çərçivəsində ticarət gəmilərinin hərbi konvoylarla müşayiətini planlaşdırmır.

Army.az xəbər verir ki, bu barədə məlumatı “Axios” yayıb.

Mənbənin bildirdiyinə görə, əməliyyatın əsas məqsədi bölgədə təhlükəsiz hərəkətin təmin olunması üçün gəmi sahiblərinə mina təhlükəsindən təmizlənmiş marşrutlar barədə operativ məlumat ötürməkdir.

Bununla yanaşı, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Hörmüz ətrafında strateji mövqelərdə yerləşdiriləcək. Hər hansı təhlükə və ya fövqəladə vəziyyət yarandıqda isə dərhal müdaxilə imkanına malik olacaqlar.

banner

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment