Ev DünyaUitkoff və Kuşner Kiyevdə Zelenski ilə görüşdü

Uitkoff və Kuşner Kiyevdə Zelenski ilə görüşdü

by Baş Redaktor
27 Baxış

ABŞ-ın danışıqlar üzrə nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Kiyevə səfər edib.

Army.az xəbər verir ki, amerikalı nümayəndələr paytaxtda Prezident Vladimir Zelenski ilə görüşüblər.

Uitkoff və Kuşner Kiyev dəmiryol vağzalına çatdıqdan sonra onları Ukrayna tərəfinin yüksək vəzifəli şəxsləri qarşılayıb.

Qarşılayanlar arasında Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun müavini Sergey Kislitsa, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov və Ali Radada hakim “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya olub.

banner

Daha sonra amerikalı nümayəndələr Zelenski ilə görüş keçiriblər. Görüşün gündəliyi ilə bağlı əlavə detallar açıqlanmayıb.

Əlaqəli Yazılar Xüsusi