Ev DünyaPaşinyan Rusiyanı təəccübləndirdi : “Niyə belə etdiyini başa düşmədik”

Paşinyan Rusiyanı təəccübləndirdi : “Niyə belə etdiyini başa düşmədik”

by Baş Redaktor
11 Baxış

Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində ermənicə çıxış etməsini şərh edib.

Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Peskov çıxışı dinləyərkən onun rus dilinə tərcümə olunub-olunmayacağı barədə düşündüyünü deyib:

“Düşündüm ki, rus dilində tərcüməni eşitmək üçün qulaqcığı haradan tapım. Həmçinin fikirləşdim ki, görəsən, erməni dilindən rus dilinə tərcümə olacaqmı, belə bir tərcüməçi varmı. Nəticədə tərcümə edildi”.

banner

Kremlin nümayəndəsinin sözlərinə görə, Paşinyanın çıxış zamanı məhz erməni dilindən istifadə etməsi Ermənistanın suverenliyini ön plana çıxarmaq niyyətinin göstəricisi kimi qiymətləndirilə bilər.

Peskov bununla yanaşı, Paşinyanın çıxışını rus dilində etməməsinin səbəbini anlamadıqlarını bildirib.

“Bunun niyə məhz rus dilində elan edilə bilmədiyini, açığı, biz anlamadıq. Amma bu, dövlət başçısının seçimidir və biz buna hörmət edirik”, – deyə o qeyd edib.

Əlaqəli Yazılar Xüsusi