Ev Hərbi XəbərlərRusiya ordusu Dneprə zərbələr endirdi – yaralananlar var

Rusiya ordusu Dneprə zərbələr endirdi – yaralananlar var

by Baş Redaktor
21 Baxış

Ukraynanın Dnepr şəhərində logistika şirkətinə məxsus anbarların zərbəyə məruz qaldığı bildirilir.

Army.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Aleksandr Qança da hadisə barədə məlumat yayıb.

Onun sözlərinə görə, zərbə nəticəsində iki nəfər xəsarət alıb və onlara tibbi yardım göstərilir.

Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, zərbənin hədəfi logistika şirkətinin anbar sahələri olub. Obyektdə baş verən yanğının söndürülməsi istiqamətində iş aparılır.

banner

Əlaqəli Yazılar Xüsusi