Ev Hərbi XəbərlərTramp: “İranı hərbi yolla məhv etmək imkanımız var”

Tramp: “İranı hərbi yolla məhv etmək imkanımız var”

by Baş Redaktor
59 Baxış

ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi addımların atılmasının onun üçün çətin olmadığını bildirib. Onun sözlərinə görə, Vaşinqton qısa müddətdə Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyat həyata keçirə bilər. Lakin Səudiyyə Ərəbistanı və Fars körfəzi regionundakı digər dövlətlərin müraciətlərini nəzərə alan ABŞ administrasiyası hələlik daha ehtiyatlı mövqe tutmağa üstünlük verir.

Army.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Tramp bu fikirləri teleaparıcı Stiven Smitə müsahibəsi zamanı səsləndirib.

Söhbət əsnasında jurnalist ABŞ-nin indiyədək İrana qarşı qəti addımlar atmamasının səbəbləri ilə maraqlanıb.

Amerika lideri cavabında bildirib ki, onun müdafiəsinə çalışdığı ölkələrin müraciətləri səbəbindən prosesin gedişini müəyyən müddətə ləngitmək qərarına gəlib. Trampın sözlərinə görə, Səudiyyə Ərəbistanı da mövcud vəziyyətin hələlik dəyişdirilməməsini ondan xahiş edib.

banner

Əlaqəli Yazılar Xüsusi