Ev Hərbi XəbərlərKörfəzdə gərginlik artır: ABŞ bazasına zərbə endirildi

Körfəzdə gərginlik artır: ABŞ bazasına zərbə endirildi

by Baş Redaktor
9 Baxış

Küveytdə ABŞ hərbi qüvvələrinin yerləşdiyi obyektlərdən birinin zərbəyə məruz qaldığı barədə məlumat yayılıb.

Army.az xəbər verir ki, bu barədə “Press TV” telekanalı məlumat yayıb.

Bildirilir ki, hücum zamanı hərbi bazanın ərazisində yerləşən mühüm obyektlərdən biri hədəfə alınıb və zərbədən sonra ərazidə güclü tüstü müşahidə olunub.

Qeyd edək ki, İran tərəfi son günlər ABŞ-ın regiondakı hərbi mövqelərinə qarşı bir sıra zərbələr endirdiyini açıqlayıb. Sentyabrın 2-də isə Tehran Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ hərbi obyektlərinin də hədəfə alındığını bildirmişdi.

banner

Əlaqəli Yazılar Xüsusi