Rusiya, Çin və ABŞ arasında mümkün üçtərəfli təmas beynəlxalq münasibətlərdə sabitliyin təmin olunması baxımından əhəmiyyətli addım ola bilər.
Army.az xəbər verir ki, bu fikri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdir müavini Ma Huey səsləndirib.
Çinli rəsminin qənaətinə görə, dünya siyasətində aparıcı mövqeyə malik ölkələr beynəlxalq təhlükəsizliyin qorunması istiqamətində daha böyük məsuliyyət götürməlidirlər. O bildirib ki, bu dövlətlər arasında dialoqun qurulması və strateji maraqların uzlaşdırılması qlobal sabitliyə, eləcə də beynəlxalq inkişaf proseslərinə müsbət təsir göstərə bilər.
Ma Huey vurğulayıb ki, böyük güclər arasında münasibətlərin sabit qalması təkcə həmin ölkələr üçün deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün vacibdir.
Xatırladaq ki, noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Vladimir Putin, Si Cinpin və Donald Trampın iştirakı ilə üçtərəfli görüşün təşkili planlaşdırılır.
