Ev Hərbi XəbərlərRusiya Ukraynanın şəhərlərini vurdu: Ölənlər və yaralananlar var

Rusiya Ukraynanın şəhərlərini vurdu: Ölənlər və yaralananlar var

by Baş Redaktor
63 Baxış

Rusiyanın son 24 saat ərzində Ukraynanın müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlar nəticəsində 2 nəfər həyatını itirib, daha 12 nəfər yaralanıb.

Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat verib.

Məlumata əsasən, Xarkov vilayətinin İzyum şəhəri Rusiya ordusunun hədəfinə çevrilib. Şəhərə 300 millimetr çaplı “Tornado-S” reaktiv yaylım atəşi sistemindən zərbələr endirilib. Hücum nəticəsində aralarında 9 yaşlı uşağın da olduğu 5 nəfər xəsarət alıb.

Digər hücum isə Çerniqov vilayətinin Koryukovka rayonunda qeydə alınıb. Rusiya qüvvələrinin əraziyə iki zərbə endirməsi nəticəsində 59 yaşlı qadın yaralanıb.

banner

Əlaqəli Yazılar Xüsusi