NATO-nun 2027-ci ildə Albaniyada keçirilməsi planlaşdırılan Dövlət və Hökumət Başçıları Zirvə Toplantısının taleyi ilə bağlı qeyri-müəyyənlik yaranıb.
Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, sammitin Albaniyada keçirilməsi ilə bağlı tərəddüdlərin əsas səbəblərindən biri ölkənin NATO üzvləri arasında müdafiə xərclərinə ən az vəsait ayıran dövlətlərdən biri olmasıdır.
Bundan əlavə, mənbələr bildirirlər ki, ABŞ rəhbərliyi ilə belə irimiqyaslı beynəlxalq tədbirin təşkili zamanı yarana biləcək təşkilati və siyasi çətinliklər də məsələnin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.
