Ev Hərbi XəbərlərSEPAH-dan iddia: ABŞ-ın 18 hərbi hədəfi vurulub

SEPAH-dan iddia: ABŞ-ın 18 hərbi hədəfi vurulub

by Baş Redaktor
29 Baxış

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a qarşı həyata keçirilən cavab əməliyyatının nəticələri ilə bağlı yeni məlumat yayıb.

Army.az xəbər verir ki, İran dövlət televiziyasının yaydığı bəyanata görə, əməliyyat zamanı bölgədə yerləşən ABŞ-a məxsus hərbi obyektlərdə ümumilikdə 18 mühüm hədəf vurulub.

Məlumatda qeyd olunur ki, SEPAH-ın hava-kosmik və dəniz qüvvələrinin iştirakı ilə iki mərhələdə həyata keçirilən hücumlar çərçivəsində Küveytdəki Əli Əl-Səlim və Əhməd Əl-Cabir aviabazaları, həmçinin Bəhreyndə yerləşən Şeyx İsa aviabazasının bir sıra obyektləri hədəfə alınıb.

Qurum zərbələrin ABŞ hərbi infrastrukturuna qarşı yönəldildiyini vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi