Ev Hərbi Xəbərlərİsrail İrandakı enerji obyektlərinə zərbələr üçün ABŞ-dan razılıq istəyir

İsrail İrandakı enerji obyektlərinə zərbələr üçün ABŞ-dan razılıq istəyir

by Baş Redaktor
12 Baxış

İsrailin İrana qarşı hərbi əməliyyatları yenidən başlaması ehtimalı fonunda əvvəllər hədəfə alınmamış enerji obyektlərinə zərbələr endirmək üçün ABŞ-dən razılıq almağa çalışdığı bildirilir.

Army.az xəbər verir ki, bu barədə İsrailin dövlət teleradio şirkəti “Kan” mənbələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, İsrail tərəfi ABŞ Prezidenti Donald Tramp administrasiyasından indiyədək hücumlara icazə verilməyən hədəflərin, xüsusilə də İranın enerji infrastrukturuna daxil olan obyektlərin vurulmasına razılıq verməsini gözləyir.

Digər tərəfdən, Donald Tramp çərşənbə günü Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışında ABŞ Konqresinə aralıq seçkilər keçirilənədək İranla müharibəni “çox qısa müddətdə” başa çatdırmaq niyyətində olduğunu bəyan edib.

banner

Əlaqəli Yazılar Xüsusi