Ev Hərbi XəbərlərZelenski : Rusiya bir həftədə Ukraynanın enerji sektoruna 76 dəfə zərbə endirib

Zelenski : Rusiya bir həftədə Ukraynanın enerji sektoruna 76 dəfə zərbə endirib

by Baş Redaktor
153 Baxış

Rusiya ordusu son bir həftədə Ukraynanın energetika və neft-qaz infrastrukturuna 76 dəfə hücum edib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, son gecə baş verən hücumlar zamanı dörd vilayətdə elektrik yarımstansiyaları vurulub. Nəticədə on minlərlə ailə işıqsız qalıb. Yaşayış binalarına hücumlar zamanı isə iki nəfər ölüb, 12 nəfər yaralanıb.

Zelenski bildirib ki, son bir həftədə Ukraynaya təxminən 2700 dron, 1700 aviasiya bombası və 66 raket atılıb. Onun iddiasına görə, hücumların əsas məqsədi ölkədə genişmiqyaslı elektrik kəsintilərinə səbəb olmaqdır.

banner

Əlaqəli Yazılar Xüsusi