Ev Hərbi Xəbərlərİran Hörmüz boğazı ilə bağlı Omanın planını rədd etdi

İran Hörmüz boğazı ilə bağlı Omanın planını rədd etdi

by Baş Redaktor
23 Baxış

İran Hörmüz boğazında gəmiçiliyin təhlükəsiz və sabit şəkildə davam etdirilməsi məqsədilə Oman tərəfindən irəli sürülən təşəbbüsü qəbul etməyib.

Army.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Təklifə əsasən, Hörmüz boğazının idarə olunması İran və Oman arasında birgə həyata keçirilməli, boğazdan keçən gəmilərin sahiblərindən isə tranzit xərclərinin maliyyələşdirilməsi üçün könüllü ödənişlər toplanmalı idi.Məlumata görə, təşəbbüs Fars körfəzi ölkələrinin dəstəyini qazanmışdı. Model kimi Malakka boğazında tətbiq olunan sistem göstərilirdi.

Həmin təcrübəyə əsasən, İndoneziya, Malayziya və Sinqapur gəmi sahiblərinin könüllü ödənişləri hesabına əməliyyat xərclərinin maliyyələşdirilməsini təmin edir. Lakin Tehran boğazın idarəçiliyinin bərabər əsasda bölüşdürülməsi variantını qəbul etməyərək plana razılıq verməyib.

banner

Əlaqəli Yazılar Xüsusi