Hidrogen yanacaq elementi ilə çalışan pilotsuz uçuş aparatları ənənəvi batareyalı modellərlə müqayisədə daha uzun uçuş müddəti təmin edir, benzin mühərrikli platformalara nisbətən isə daha səssiz fəaliyyət göstərir.
Army.az xəbər verir ki, bu xüsusiyyətlər onları hərbi əməliyyatlar zamanı daha effektiv və çətin aşkarlanan vasitəyə çevirir.
ABŞ Müdafiə Nazirliyinin innovativ layihələrə cavabdeh olan Müdafiə İnnovasiya Bölməsi (DIU) hidrogenlə işləyən yeni nəsil PUA-nı “Blue CAS Cleared List” siyahısına daxil edib.
Bu status DIU-nun inkişaf mərhələsində olan pilotsuz sistemlər üçün müəyyən etdiyi ən yüksək təsnifat hesab olunur və həmin platformaların ABŞ Silahlı Qüvvələri tərəfindən daha sürətli satın alınmasına və istismara qəbul edilməsinə imkan yaradır.Məlumata görə, bu qərar Vaşinqtonun son illərdə pilotsuz aviasiya sahəsində imkanlarını genişləndirmək və xüsusilə Rusiya kimi rəqiblərlə rəqabət qabiliyyətini artırmaq məqsədilə həyata keçirdiyi strategiyanın tərkib hissəsidir.
