Ev Hərbi TexnologiyaUkraynadan yeni silah: “Onlarla kilometr arxanı vura bilən” bomba

Ukraynadan yeni silah: “Onlarla kilometr arxanı vura bilən” bomba

by Baş Redaktor
37 Baxış

Ukrayna ilk dəfə yerli istehsal olan planlaşdırılan (glide) bombasını təqdim edib və silahın artıq döyüş istifadəsinə hazır olduğunu açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın rəqəmsal transformasiya naziri Mixaylo Fedorov verib.

Silahın hazırlanması Brave1 tərəfindən həyata keçirilib və onun hazırlanmasının 17 ay davam etdiyi bildirilir.

Məlumata görə, bomba təxminən 250 kiloqramlıq döyüş başlığı daşıyır və ona qanad sistemi ilə yanaşı idarəetmə mexanizmi də inteqrasiya olunub.

banner

Brave1-in açıqlamasına əsasən, silah bütün sınaqlardan keçib və artıq döyüşə hazır vəziyyətə gətirilib.

Bildirilib ki, yeni sistem düşmən xətlərinin onlarla kilometr dərinliyində yerləşən hədəfləri vura bilir.

Əlaqəli Yazılar Xüsusi