Ev Hərbi TexnologiyaHH-60W helikopterləri ilə bağlı narahatlıq artır : “Hazır deyilik”

HH-60W helikopterləri ilə bağlı narahatlıq artır : “Hazır deyilik”

by Baş Redaktor
21 Baxış

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi hesab edir ki, ölkənin Hərbi Hava Qüvvələri hazırda genişmiqyaslı münaqişə zamanı döyüş-xilasetmə (CSAR) əməliyyatlarını lazımi səviyyədə dəstəkləmək iqtidarında deyil.

Army.az xəbər verir ki, bu barədə “The War Zone” məlumat yayıb.

Qanunvericilər HH-60W “Jolly Green II” helikopterlərinin alış həcminin azaldılması və bu helikopterlərdən 26-nın döyüş-xilasetmə bölmələrindən çıxarılaraq Vaşinqton Hərbi Hava Qüvvələri dairəsinin (AFDW) istifadəsinə verilməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Komitə vurğulayıb ki, HH-60W helikopterləri bu ilin əvvəlində İranda vurulan F-15E “Strike Eagle” qırıcısının ekipajının xilas edilməsi əməliyyatında mühüm rol oynayıb.

banner

Bununla yanaşı, ekspertlər HH-60W parkının Sakit okean regionunda mümkün müharibənin reallıqlarına tam uyğun olmadığını və daha səmərəli alternativin axtarılmadığını qeyd edirlər.

Əlaqəli Yazılar Xüsusi