Ev TexnologiyaSüni intellektli xilasedici robotlar: Yaponiya yeni texnologiyalara start verir

Süni intellektli xilasedici robotlar: Yaponiya yeni texnologiyalara start verir

by Baş Redaktor
26 Baxış

Yaponiya təbii fəlakətlər zamanı əldə etdiyi geniş təcrübə və məlumat bazasından yararlanaraq süni intellekt əsasında fəaliyyət göstərən robotların hazırlanmasına daha çox diqqət ayıracaq.

Army.az xəbər verir ki, Yaponiya iqtisadiyyat, ticarət və sənaye naziri Ryosei Akazava jurnalistlərə açıqlamasında ölkənin bu istiqamətdə yeni texnoloji layihələri sürətləndirməyi planlaşdırdığını bildirib.

Nazirin qeyd etdiyinə görə, zəlzələ, sunami və digər təbii fəlakətlər zamanı toplanmış məlumatlar fiziki süni intellekt (Physical AI) sistemlərinin yaradılmasında mühüm resurs kimi istifadə olunacaq.

Akazava vurğulayıb ki, təbii fəlakətlərin tez-tez yaşandığı Yaponiya bu sahədə digər ölkələrlə müqayisədə böyük informasiya üstünlüyünə sahibdir. Onun fikrincə, mövcud çətinliklər innovativ texnologiyaların inkişafı üçün imkan yarada bilər.

banner

Yeni layihələrin əsas istiqamətlərindən biri dağıntılar altında qalan şəxslərin yerini operativ müəyyənləşdirə və onların xilasına dəstək göstərə bilən robot sistemlərinin hazırlanmasıdır.

Eyni zamanda, “Fukusima-1” Atom Elektrik Stansiyasının ləğvi prosesində, eləcə də insan həyatı üçün təhlükəli hesab olunan ərazilərdə fəaliyyət göstərə biləcək xüsusi təyinatlı robotların istehsalı da planlaşdırılır.

Nazir bildirib ki, Yaponiya fiziki süni intellekt texnologiyalarının tətbiqində beynəlxalq miqyasda ön sıralarda yer almağı hədəfləyir.

Akazavanın sözlərinə görə, bu yeniliklər təkcə ölkə daxilində təhlükəsizliyin gücləndirilməsinə deyil, dünyanın müxtəlif yerlərində insanların həyatının xilas edilməsinə də töhfə verə bilər

Əlaqəli Yazılar Xüsusi