Ev TexnologiyaRusiya döyüş helikopterləri hansı raketlərdən istifadə edir?

Rusiya döyüş helikopterləri hansı raketlərdən istifadə edir?

by Baş Redaktor
35 Baxış

Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatlarda istifadə olunan döyüş helikopterlərinin idarəolunan silahları barədə məlumat yayıb.

Army.az xəbər verir ki, qurumun məlumatına görə, Mi-28 və Ka-52 helikopterləri yerüstü hədəfləri vurmaq üçün yüngül çoxməqsədli idarəolunan raketlərdən (LMUR), eləcə də “Vixr” və “Xrizantema” tank əleyhinə raketlərindən istifadə edir.

Bundan başqa, helikopterlər “İqla-S” və “Verba” tipli “hava-hava” raketləri ilə təchiz olunub. Bu silahlar müxtəlif uçan aparatları, o cümlədən pilotsuz uçuş aparatlarını hədəfə almağa imkan verir.

Nazirlik bildirir ki, müasir sursatlar helikopterlərə düşmənin hava hücumundan müdafiə sistemlərinin məhvetmə zonasına daxil olmadan zərbələr endirmək imkanı yaradır.

banner

Əlaqəli Yazılar Xüsusi