84
Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Voronej vilayətində yerləşən Borisoqlebsk hərbi aerodromuna zərbə endirdiyini açıqlayıb.
Army.az xəbər verir ki, hücum zamanı “Neptun” raket sistemi ilə altı Su-34M bombardmançı təyyarəsi məhv edilib.
Bundan başqa, aviasiya uçuşlarının təmin olunmasında istifadə edilən texniki avadanlıqlar da sıradan çıxarılıb. Aerodrom ərazisində bir neçə partlayışın baş verdiyi və yanğınların qeydə alındığı bildirilir.