Ev Hərbi TexnologiyaUkrayna “uzaqvuran” FP-2-ni yenilədi: 200 kq-lıq zərbə gücü

Ukrayna “uzaqvuran” FP-2-ni yenilədi: 200 kq-lıq zərbə gücü

by Baş Redaktor
6 Baxış

Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri tərəfindən istifadə olunan FP-2 pilotsuz uçuş aparatı modernizasiya edilərək daha yüksək döyüş imkanları əldə edib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Fire Point şirkətinin baş konstruktoru Denys Ştilerman bildirib ki, yenilənmiş FP-2 dronunun döyüş başlığının çəkisi 200 kiloqrama çatdırılıb.

Onun sözlərinə görə, modernizasiya nəticəsində aparatın uçuş və zərbə məsafəsi də artırılıb və artıq 370 kilometrədək hədəfləri vurmaq imkanı yaranıb.

banner

Məlumata əsasən, yenilənmiş versiya daha uzaq məsafəli əməliyyatlar üçün nəzərdə tutulub və dronun zərbə potensialını əhəmiyyətli dərəcədə artırır.

Əlaqəli Yazılar Xüsusi