Ukraynada “SEA TRIDENT” adlı ağır sinif sualtı pilotsuz aparatı hazırlanıb.
Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, yeni dron dəniz əməliyyatları üçün nəzərdə tutulub və yüksək dərəcədə avtonom işləmə qabiliyyətinə malikdir. Aparatın maksimum sürəti 18,5 km/saat, dalış dərinliyi isə 60 metr olaraq göstərilir.
Layihə barədə məlumat “Militarniy” portalına istinadən yayılıb. Bildirilir ki, dronun əsas təyinatlarından biri strateji hədəflərə qarşı əməliyyatların həyata keçirilməsidir.
