Ev DünyaLavrovdan sensasion açıqlama: Tramp Ukrayna ilə bağlı mövqeyini təsdiqlədi

Lavrovdan sensasion açıqlama: Tramp Ukrayna ilə bağlı mövqeyini təsdiqlədi

by Baş Redaktor
13 Baxış

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin ilə söhbəti zamanı Ukrayna böhranının həllinə yardım göstərməkdə maraqlı olduğunu təsdiqləyib.

Army.az xəbər verir ki, bu brədə Rusiya mediası məlumat verib.

Lavrovun sözlərinə görə, Tramp Ukrayna münaqişəsi üzrə uzunmüddətli və ədalətli həll yolunun tapılmasının vacibliyini vurğulayıb.

Rusiya XİN rəhbəri qeyd edib ki, Moskva Ankoric sammitində əldə olunmuş razılaşmaların yerinə yetiriləcəyinə və bunun münaqişənin nizamlanması istiqamətində ilk addım olacağına ümid edir.

banner

Nazir həmçinin iddia edib ki, sammitdən sonra bir sıra Avropa liderləri Vaşinqtona gedərək Trampı əvvəlki mövqeyindən uzaqlaşdırmağa çalışıblar.

Əlaqəli Yazılar Xüsusi