Ev Hərbi TexnologiyaBK-16 üçün yeni sistem: xilasetmə imkanları artırılır

BK-16 üçün yeni sistem: xilasetmə imkanları artırılır

by Baş Redaktor
12 Baxış

Rusiyanın 02510 layihəli yüksək sürətli BK-16 kateri yüngül dalğıc əməliyyatlarının aparılması üçün barokamera ilə təchiz edilib.

Army.az xəbər verir ki, bu barədə “Kalaşnikov” konserninin tibbi inkişaflar bölməsinin direktoru Vasili Xudoleyev məlumat verib.

Onun sözlərinə görə, katerə quraşdırılan barokamera həm yüngül dalğıc işlərinin təhlükəsiz icrasını təmin etməyə, həm də suda zərərçəkənlərə ilkin yardım göstərməyə imkan verir.

Xudoleyev qeyd edib ki, bu həll xüsusilə axtarış-xilasetmə və sualtı əməliyyatlar baxımından böyük əhəmiyyət daşıyır.

banner

Məlumat Rusiyanın Kronştadt şəhərində keçirilən Flot-2026 çərçivəsində açıqlanıb.

Əlaqəli Yazılar Xüsusi