Ev Hərbi TexnologiyaMoskva döyüş logistikasında robot texnikaya keçir: Yeni layihə başlayıb

Moskva döyüş logistikasında robot texnikaya keçir: Yeni layihə başlayıb

by Baş Redaktor
28 Baxış

Rusiya istehsalı olan təkərli yerüstü robotlaşdırılmış kompleks Svarog 1000 yaxın zamanda “xüsusi hərbi əməliyyat” (SVO) zonasında sınaqlardan keçiriləcək.

Army.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bildirilir ki, bu Yerüstü Robotlaşdırılmış Nəqliyyat Kompleksi (NRTK) iki fərqli versiyada hazırlanıb: birinci model qazla, ikinci model isə akkumulyator batareyaları ilə işləyir.

Tərtibatçılar bildirirlər ki, kompleks həm peyk naviqasiyası vasitəsilə, həm də ondan istifadə etmədən marşrut üzrə avtonom hərəkət edə bilir. Bundan əlavə, sistem Mesh şəbəkəsi əsasında qurulan rabitə ilə idarə olunma imkanına da malikdir.

banner

Şirkət həmçinin 500 kiloqram yükdaşıma qabiliyyətinə malik Svarog 500 modelinin də SVO zonasında sınaqdan keçiriləcəyini açıqlayıb.

Daha əvvəl isə “Svaroq-20” pilotsuz sistemlərinin döyüş bölgəsində təchizat daşımalarının həcmini 13 dəfə artırdığı barədə məlumat yayılmışdı.

Əlaqəli Yazılar Xüsusi