Ev TexnologiyaAğır zirehli texnikalar üçün yeni layihə: BAE Systems-dən mühüm addım

Ağır zirehli texnikalar üçün yeni layihə: BAE Systems-dən mühüm addım

by Baş Redaktor
125 Baxış

BAE Systems şirkəti M88A2 zirehli təxliyə maşınlarının Polşada texniki xidməti, təmiri və gələcəkdə mümkün istehsalının təşkili ilə bağlı yerli müdafiə sənayesi müəssisələri ilə əməkdaşlıq imkanlarını qiymətləndirir.

Army.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, təşəbbüs Polşa Silahlı Qüvvələrinin istifadəsində olan M88A2 texnikasının istismar və texniki dəstək imkanlarını genişləndirməyə yönəlib. Ağır zirehli texnikanın təxliyəsi üçün nəzərdə tutulan bu platforma, ilk növbədə M1 “Abrams” əsas döyüş tankı da daxil olmaqla, 70 tona qədər çəkisi olan zirehli texnikanı təxliyə və yedəyə almaq qabiliyyətinə malikdir.

Bu məqsədlə BAE Systems, Polşanın dövlət müdafiə holdinqi PGZ-yə daxil olan Wojskowe Zakłady Motoryzacyjne S.A. (WZM)H. CEGIELSKI-POZNAŃ S.A. (HCP) şirkətləri ilə hüquqi öhdəlik yaratmayan Anlaşma Memorandumu imzalayıb.

banner

Sənədə əsasən, WZM və HCP-nin iştirakı ilə M88A2 platformalarının texniki xidməti, təmiri, əsaslı təmiri və gələcəkdə mümkün istehsalının Polşa ərazisində təşkil olunması nəzərdə tutulur.

Əlaqəli Yazılar Xüsusi