Ukraynanın “Vyriy Industries” şirkəti Avropa İttifaqı–Ukrayna Pilotsuz Uçuş Aparatları (PUA) Alyansının təsisçi üzvləri arasında yer alıb.
Army.az xəbər verir ki, şirkətin “Militarnyi” nəşrinə verdiyi məlumata görə, bu qərar Avropa Komissiyasının Müdafiə Sənayesi və Kosmos üzrə Baş Direktorluğu tərəfindən qəbul edilib.
Məlumatda vurğulanır ki, yeni alyansın yaradılmasında əsas məqsəd Ukraynanın müdafiə sənayesi kompleksinin Avropanın müdafiə, texnologiya və sənaye ekosisteminə daha sıx inteqrasiyasını təmin etməkdir.
Təşəbbüsün Avropa Komissiyası tərəfindən irəli sürüldüyü və Ukrayna ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət etdiyi qeyd olunur.
