Ev TexnologiyaABŞ zavodunda problemlər mərmi istehsalına təsir göstərib

ABŞ zavodunda problemlər mərmi istehsalına təsir göstərib

by Baş Redaktor
23 Baxış

ABŞ ordusunun aylıq 100 min ədəd 155 millimetrlik artilleriya mərmisi istehsal etmək planı nəzərdə tutulduğu kimi irəliləmir.

Army.az xəbər verir ki, “CBS News”un yaydığı məlumata görə, geriləmənin əsas səbəbi Texas ştatının Meskit şəhərində fəaliyyət göstərən zavodun istifadəyə verildiyi 2024-cü ildən bəri M795 tipli mərmilər üçün uyğun komponent istehsal edə bilməməsidir.

ABŞ Müharibə Nazirliyinin Baş Müfəttiş İdarəsinin bu ay açıqladığı hesabatda qeyd olunur ki, 2025-ci ilin oktyabrına qədər aylıq istehsalın 100 min ədədə çatdırılması planlaşdırılsa da, 2026-cı ilin mart ayına olan göstərici cəmi 36 min mərmi səviyyəsində qalıb.

Əlaqəli Yazılar Xüsusi