Ev TexnologiyaUkraynadan F-16-larla bağlı diqqətçəkən statistika: 38 raket məhv edilib

Ukraynadan F-16-larla bağlı diqqətçəkən statistika: 38 raket məhv edilib

by Baş Redaktor
42 Baxış

Ukraynanın F-16 qırıcıları Rusiyanın iyulun 30-da həyata keçirdiyi genişmiqyaslı raket hücumunun dəf edilməsində mühüm rol oynayıb.

Army.az xəbər verir ki, bu barədə “Militarnyi” məlumat yayıb.

Bildirilib ki, həmin gün Rusiya Ukraynaya ümumilikdə 61 qanadlı raket buraxıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatlarına əsasən, onlardan 54-ü hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Ukrayna Hərbi Hava Qüvvələri komandanının müavini Yevgeni Karjau bildirib ki, məhv edilən raketlərin 38-i F-16 qırıcılarının payına düşüb.

Məlumata əsasən, iyulun 30-da Rusiyanın Voloqda vilayətindəki mövqelərdən Ukrayna istiqamətində X-101 və “Kalibr” tipli 61 qanadlı raket buraxılıb.

banner

Əlaqəli Yazılar Xüsusi