“SpaceX” tarixin ən böyük ilkin səhmlərin yerləşdirilməsi (IPO) üçün səhmlərin qiymətini 135 dollar səviyyəsində müəyyən edib.
Army.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilib ki, bu qiymətləndirmə şirkətin dəyərini təxminən 1,77 trilyon dollara yüksəldir və SpaceX-i dünya tarixində ən iri yerləşdirməyə çevirə bilər.
Hesablamalara əsasən, bu qiymət səviyyəsində şirkət bazardan 74,4 milyard dollar vəsait cəlb edə bilər.
Müqayisə üçün, əvvəlki rekord 2019-cu ildə birjaya çıxarkən 1,7 trilyon dollar dəyər qazanan Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco”ya məxsus idi.
