Ev DünyaTramp: “Bu addım ölkəyə zərər verir”

Tramp: “Bu addım ölkəyə zərər verir”

by Baş Redaktor
36 Baxış

ABŞ Prezidenti Donald Tramp Konqresin onun hərbi səlahiyyətlərini məhdudlaşdırmağa yönələn addımını sərt tənqid edib.

Army.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” platformasında etdiyi paylaşımda bildirib.

Onun sözlərinə görə, Nümayəndələr Palatasında keçirilən səsvermədə həm Demokratlar, həm də bir neçə Respublikaçı onun səlahiyyətlərini məhdudlaşdırmaq üçün səs verib. O, bu addımı İranla aparılan danışıqların kritik mərhələsi ilə üst-üstə düşdüyünü deyib.

ABŞ prezidentinin sözlərinə görə, bu qərar milli maraqlara ziddir və ölkənin mövqeyini zəiflədə bilər. O həmçinin bəzi Respublikaçı qanunvericiləri tənqid edərək onları “özünü göstərməyə çalışan” siyasətçilər adlandırıb.

banner

Əlaqəli Yazılar Xüsusi