Dəməşq Cinayət Məhkəməsi Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd barədə ölüm hökmü çıxarıb.
Army.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat verib.
Bildirilib ki, məhkəmə Vasim Əsədi bəşəriyyətə qarşı cinayətlərdə təqsirli bilib. Onun Suriyada vətəndaş müharibəsi zamanı Homs əyalətində dinc sakinlərin öldürülməsi və işgəncələrə məruz qalmasında iştirak etdiyi müəyyən edilib.
Məhkəmə həmçinin Vasim Əsədi Dəməşqin şərqində yerləşən Şərqi Quta bölgəsinin sakinlərinə qarşı törədilən cinayətlərdə təqsirli hesab edib.
