Ev Dünya“Armen Qriqoryan Paşinyandan inciyib” – KİV

“Armen Qriqoryan Paşinyandan inciyib” – KİV

by Baş Redaktor
71 Baxış

Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın vəzifədən azad edilməsinin onun üçün gözlənilməz olduğu iddia edilir.

Army.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat verib.

Nəşr yazır ki, Qriqoryan hökumətin iclasında həmkarları ilə vidalaşarkən emosional çıxış edib:

“O, yaxın çevrəsinə Baş nazir Nikol Paşinyanın istefa qərarını əvvəlcədən onunla müzakirə etmədiyini və sadəcə vəzifəsini tərk etməli olduğunu bildirdiyini söyləyib. Qriqoryan Paşinyandan ciddi şəkildə narazı qalıb. O, özünü hakimiyyətə gətirən “inqilabın” iştirakçılarından biri hesab edir və son 6 il ərzində komanda qarşısında üzərinə düşən vəzifələri sədaqətlə yerinə yetirdiyini düşünür. Məhz bu səbəbdən Qriqoryan ona qarşı belə münasibətin ədalətli olmadığını bildirib”.

banner

Əlaqəli Yazılar Xüsusi