Ev DünyaZelenski Trampla “Patriot” raketlərini müzakirə edəcək

Zelenski Trampla “Patriot” raketlərini müzakirə edəcək

by Baş Redaktor
92 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski NATO Sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla keçirəcəyi görüşdə “Patriot” zenit-raket kompleksləri üçün raketlərin tədarükü məsələsini gündəmə gətirəcəyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Ukrayna KİV məluimat yayıb.

O bildirib ki, Kiyev üçün əsas prioritetlərdən biri məhz bu raketlərin alınmasıdır və Ukrayna onları mümkün olan ən qısa müddətdə əldə etmək istəyir.

Zelenskinin sözlərinə görə, sözügedən silahların tədarükü yalnız ABŞ-ın qərarından asılı deyil. O qeyd edib ki, bu prosesdə Avropa ölkələrinin də mühüm rolu var.

banner

Bundan əvvəl Ukrayna müdafiə nazirinin müşaviri Sergey Beskrestnov ölkənin “Patriot” zenit-raket kompleksləri üçün raket ehtiyatının tükəndiyini bildirmişdi.

Əlaqəli Yazılar Xüsusi