İranın Çexiyadakı səfiri “Radio Farda”nın təhdid hədəfinə çevrilməsi ilə bağlı Praqanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Army.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Petr Matzinka CTK informasiya agentliyinə açıqlamasında bildirib.
Diplomatın XİN-ə çağırılmasına səbəb İranın xaricdə fəaliyyət göstərən və fars dilində yayımlar həyata keçirən bir sıra media qurumlarını hərbi hədəf kimi qiymətləndirməsi olub.
Məlumata görə, avqustun 26-da İranın hədəf siyahısına “Radio Farda” da daxil olmaqla bir neçə xarici media qurumu əlavə edilib.
Praqada fəaliyyət göstərən “Radio Farda” ABŞ-ın “Azad Avropa Radiosu/Azadlıq Radiosu” media holdinqinin nəzarəti altında yayımlanır. Holdinqin baş qərargahı da Çexiyanın paytaxtında yerləşir.
İranın bu addımı fonunda Çexiya tərəfi Tehranın mövqeyinə etirazını diplomatik kanallarla çatdırıb.
