Rusiya Silahlı Qüvvələrinin Ukraynaya zərbələr zamanı “İskəndər-1000” kimi tanınan yeni ballistik raketdən ilk dəfə istifadə etdiyi iddia olunur.
Army.az xəbər verir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatı məlumat yayıb.
Ukrayna tərəfinin versiyasına görə, 9M723-2 indeksli raket yay aylarında Kiyevdəki hədəflərdən birinə endirilən zərbə zamanı tətbiq edilib. Bildirilir ki, yeni raketin “Bora-M” raket kompleksinin tərkibinə daxil olduğu ehtimal edilir.
Məlumata əsasən, təkmilləşdirilmiş mühərriklə təchiz edilən raket “İskəndər-M” operativ-taktiki raket kompleksində istifadə olunan 9M723 raketindən ölçülərinə görə daha böyükdür. Onun uçuş məsafəsinin təxminən 550 kilometr olduğu qiymətləndirilir.
