ABŞ Prezidenti Donald Tramp ölkə tarixində prezidentlərin fəaliyyətini öz baxışına əsasən qiymətləndirən reytinq hazırlayıb. Siyahıda diqqət çəkən məqam isə Trampın özünü digər dövlət başçılarından ayrıca olaraq ən yüksək kateqoriyaya yerləşdirməsidir.
Army.az xəbər verir ki, Tramp reytinqi “Truth Social” hesabında paylaşıb.
Onun hazırladığı siyahıda Abraham Linkoln, Corc Vaşinqton, Franklin Ruzvelt, Vudro Vilson, Tomas Cefferson və Endryu Cekson “böyük prezidentlər” sırasında yer alıb.
ABŞ lideri keçmiş prezidentlər Barak Obama və Co Baydenə isə daha aşağı qiymət verib. Hər iki siyasətçi Trampın hazırladığı siyahıda “uğursuzlar” kateqoriyasına daxil edilib.
Beləliklə, Trampın şəxsi reytinqində özünə tarixin ən yüksək pilləsi, bir sıra tanınmış keçmiş prezidentlərə isə daha aşağı mövqelər ayrılıb.
