NATO “Patriot” hava və raketdən müdafiə sistemlərinin “Integrated Battle Command System” (IBCS) ilə inteqrasiyasını sürətləndirmək üçün KBR şirkəti ilə beşillik müqavilə bağlayıb.
Army.az xəbər verir ki, müqavilə NATO-nun Dəstək və Təchizat Agentliyi (NSPA) tərəfindən imzalanıb.
Sazişin ilkin maksimal dəyəri 60 milyon dollar təşkil edir.
Layihə çərçivəsində komanda-idarəetmə imkanlarının inkişafı, texniki xidmət və sistemlərin inteqrasiyası üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulur.
“Patriot” komplekslərinin IBCS ilə uyğunlaşdırılması NATO və ABŞ-ın döyüş komandanlıqlarının modernləşdirmə üzrə əsas prioritetlərindən biridir.
