Ev Hərbi TexnologiyaÇin pilotsuz aviasiyada növbəti addımı atdı: R6000 sərbəst uçdu

Çin pilotsuz aviasiyada növbəti addımı atdı: R6000 sərbəst uçdu

by Baş Redaktor
35 Baxış

Çində hazırlanmış R6000 pilotsuz tiltrotoru ilk dəfə heç bir təhlükəsizlik trosu tətbiq edilmədən tam sərbəst uçuş həyata keçirib. Bununla da layihə sınaq proqramının növbəti mühüm mərhələsinə qədəm qoyub.

Army.az xəbər verir ki, bu barədə “WenJian0922” məlumat verib.

Əvvəlcə Çin sosial media seqmentində yayılan videoda aparatın şaquli qalxdığı, havada sabit vəziyyətdə qaldığı, öz oxu ətrafında manevrlər etdiyi və daha sonra uzunmüddətli üfüqi uçuş rejiminə keçdiyi müşahidə olunur.

Daha əvvəl ictimaiyyətə təqdim edilən kadrlar isə yalnız təhlükəsizlik trosları ilə aparılan yoxlamaları əks etdirirdi. Həmin mərhələdə aparatın şaquli qalxma və enmə, eləcə də havada dayanma qabiliyyətləri sınaqdan keçirilmişdi.

banner

Proqramın növbəti mərhələləri barədə ətraflı məlumat verilməsə də, R6000-in əlavə təhlükəsizlik sistemləri olmadan sabit uçuş nümayiş etdirməsi layihə üçün əlamətdar hadisə sayılır.

Əlaqəli Yazılar Xüsusi