“Kalaşnikov” Konserni “Flot-2026” Beynəlxalq Hərbi-Dəniz Sərgisində “Haska-10” hava yastıqlı yeni gəmisini nümayiş etdirəcək.
Army.az xəbər verir ki, holdinqin yaydığı məlumata görə, layihəBeynəlxalq Dəniz Müdafiə Sərgisində (IMDS) ilə birgə hazırlanıb.
“Haska-10” çevik skeg texnologiyası əsasında yaradılıb və mənfi 40 dərəcəyədək temperaturda fəaliyyət göstərə bilir. Gəminin yükqaldırma qabiliyyəti 10 ton təşkil edir.
Yeni platformanın Uzaq Şimal, Sibir və Uzaq Şərqin əlçatmaz bölgələrinə yük daşınmasında istifadə olunması nəzərdə tutulur.
Layihənin digər üstünlüyü isə çoxməqsədli quruluşa malik olmasıdır. Belə ki, yük göyərtəsində sərnişin bölməsi, xilasetmə avadanlığı və ya mobil tibbi modul yerləşdirmək mümkündür.
