Ev Hərbi TexnologiyaRusiya səmasına yeni “uçan radar”: A-50U xidmətə qayıtdı

Rusiya səmasına yeni “uçan radar”: A-50U xidmətə qayıtdı

by Baş Redaktor
18 Baxış

Modernləşdirilmiş Beriev A-50U uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi Rusiya Hərbi-Kosmik Qüvvələrinə təhvil verilib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Qoşunlara növbəti əsaslı təmirdən çıxmış və modernləşdirilmiş A-50U təyyarəsi təhvil verilib”, – deyə məlumatda bildirilir.

Paylaşımda bort nömrəsi gizlədilmiş təyyarənin fotosu da yer alıb.

banner

Əsas versiya olan Beriev A-50 ilk uçuşunu 1978-ci ildə həyata keçirib. 2008-ci ildə isə yenilənmiş radioelektron avadanlıqla təchiz edilən A-50U proqramı üzərində işlərə başlanılıb.

Təyyarədə quraşdırılan “Şmel” radiotexniki kompleksi baza modelinə bombardmançı təyyarələri 650 kilometrədək məsafədən aşkarlamaq imkanı verir.

Əlaqəli Yazılar Xüsusi