18
Hörmüz boğazı və ərazi suları üzərində suverenlik hüququ yalnız iki sahilyanı dövlətə — İran və Omana məxsusdur.
Army.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qaribabadi deyib.
O, iyunun 1-də verdiyi açıqlamada iddia edib ki, Hörmüz boğazı üzərində suverenlik məsələsi Tehran üçün xüsusi əhəmiyyət daşıyır və İran bölgədəki fəaliyyətini beynəlxalq hüquq çərçivəsində həyata keçirir.