Gələcəkdə süni intellekt dron-tutucu operatorunun vəzifələrini öz üzərinə götürə bilər.
Army.az xəbər verir ki, bu barədə texnologiya şirkəti “BlueBird Techn”in həmtəsisçisi Valeri Zarubin məlumat verib.
Onun sözlərinə görə, bu gün əsas problem təkcə dronun hazırlanması deyil, həm də bütöv bir ələkeçirmə sisteminin qurulmasıdır.
Bildirib ki, hazırda dron-tutucu operatorunun işi döyüş meydanında ən mürəkkəb pilotaj növlərindən biridir və faktiki olaraq yüksək pilotaj ustalığı tələb edir.
Ekspert qeyd edib ki, gələcək hibrid modeldə insan qaydaları müəyyənləşdirəcək və sistemə nəzarət edəcək, süni intellekt isə riyazi hesablamaların böyük hissəsini yerinə yetirərək hədəfin birbaşa ələ keçirilməsini həyata keçirəcək.
