Ev Hərbi TexnologiyaFinlandiyadan diqqətçəkən qərar: yüzlərlə zirehli maşın istehsal ediləcək

Finlandiyadan diqqətçəkən qərar: yüzlərlə zirehli maşın istehsal ediləcək

by Baş Redaktor
40 Baxış

Finlandiyanın müdafiə sənayesinin aparıcı şirkətlərindən biri olan “Patria” ölkənin tanınmış sənaye istehsalçısı “Valmet Automotive” ilə yeni uzunmüddətli əməkdaşlıq müqaviləsi bağlayıb.

Army.az xəbər verir ki, razılaşma “Patria”nın 6×6 təkər formuluna malik zirehli personal daşıyıcılarının kütləvi istehsalının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur.

Müqaviləyə əsasən, Uusikaupunki şəhərində yerləşən istehsal sahələrində hər il yüzlərlə zirehli platforma yığılacaq. Layihənin tam gücü ilə fəaliyyətə başlaması isə 2027-ci ilin ilk aylarına planlaşdırılır.

Şirkətin açıqlamasına görə, bu addım 2025-ci ilin sonunda elan edilmiş texnologiya transferi və ilkin istehsal proqramının məntiqi davamıdır. Tərəflər cəmi yarım il ərzində əməkdaşlığı genişləndirərək tammiqyaslı və uzunmüddətli istehsal mərhələsinə keçid ediblər.

banner

Əlaqəli Yazılar Xüsusi