Ev Texnologiya“Uçan tank” təqdim olundu – Hansı yeniliklər var?

“Uçan tank” təqdim olundu – Hansı yeniliklər var?

by Baş Redaktor
65 Baxış

Rusiyanın “Rostex” dövlət korporasiyası modernləşdirilmiş T-80BVM tankının mürəkkəb relyef şəraitində yüksək hərəkət qabiliyyətinə malik olduğunu bildirib.

Army.az xəbər verir ki, Korporasiya bu barədə “Telegram” kanalında paylaşım edib.

Məlumatda qeyd olunur ki, güclü qaz turbinli mühərriklə təchiz edilmiş tank əvvəlki T-80 modifikasiyaları kimi “uçan tank” adlandırılır. Bu ləqəb texnikanın nümayişlər zamanı xüsusi tramplinlərdən tullanaraq hərəkət etməsi ilə əlaqələndirilir.

“Rostex”in açıqlamasına görə, tankın bu xüsusiyyətləri yalnız nümayişlər üçün əhəmiyyət daşımır. Bildirilir ki, döyüş maşını çətin keçilən ərazilərdə yüksək manevr qabiliyyəti və hərəkət sürəti ilə seçilir.

banner

T-80BVM modeli 1250 at gücünə malik GTD-1250 qaz turbinli mühərriklə təchiz olunub. Korporasiya bu mühərrikin dizel mühərrikləri ilə müqayisədə daha səssiz işlədiyini də vurğulayıb.

Xatırladaq ki, “Uralvaqonzavod” konserninin baş direktoru Aleksandr Potapov daha əvvəl xüsusi hərbi əməliyyat başlayandan sonra T-72, T-80 və T-90 tank ailələrinə, eləcə də digər zirehli texnikalara 100-dən çox mühüm dəyişiklik edildiyini açıqlamışdı.

Əlaqəli Yazılar Xüsusi